Azərbaycanda gənclərlə bağlı davamlı inkişafa dəstək vermək və yardım göstərmək

Azərbaycan dili

English

 


Ana səhifə
Haqqımızda
Layihələr
Xəbərlər
GİN mediada
Əməkdaşlıq
Donorlar
Elanlar
Foto qalereya
 

 

PRESS-RELİZ

“Gənclər İnkişaf Naminə” İctimai Birliyi Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi (ƏN TBİ) və Açıq Cəmiyyət İnstitutu – Yardım Fondu ilə (ACİ-YF) əməkdaşlıq çərçivəsində Qlobal Fondunun maliyyə dəstəyi ilə “Məhkumlarımızı HİV-AİDS-dən qoruyaq” pilot layihəsini həyata keçirmişdir. Layihə çərçivəsində 18.12.2006-cı il tarixdə ƏN TBİ-nin akt zalında Ədliyyə Nazirliyinin Penitensiar Хidmətində Тibb Sanitar Hissələrin (ƏN PX TSH) rəislərinin iştirakı ilə tədbir keçirilmişdir. Həmin tədbirdə iştirakçılara həyata keçirilən layihə barədə məlumat verilmiş, iştirakçıların sualları mütəxəssislər tərəfindən cavablandırılmışdır. Eyni zamanda layihə çərçivəsində cəzaçəkmə müəssisələrində həyata keçirilməsi nəzərdə tutulmuş tədbirlər zamanı təşkilatı məsələlərdə qarşıya çıxa biləcək çətinliklər birgə müzakirəyə çıxarılmışdır. Bununla da, Cəza Çəkmə Мüəssisələrində «Məhbuslarımızı HİV/AİDS-dən qoruyaq» layihəsinin həyata keçirilməsinə start verilmişdir.
Layihənin yüksək səviyyədə həyata keçirilməsi üçün ƏN TBİ-nin 6 mütəxəssisindən ibarət olunan işçi qrup yaradılmışdır.
Layihə çərçivəsində cəzaçəkmə müəssisələrində 16 məlumat saatlarının keçirilməsi və həmin məlumat saatlarının 1600 məhkumu əhatə edilməsi nəzərə alınmışdır.
Tibb Baş İdarəsinin təşəbbüsü ilə 19 məlumat saatının keçirilməsi, və burada hər bir CÇM-in mövcud texniki imkanları nəzərə alınaraq maksimum məhkumu əhatə edilməsi nəzərə alınmışdır. Layihə çərçivəsində aşağıdakı mövzuda məlumat saatları keçirilmişdir:

o HİV/AİDS nə deməkdir?
o HİV-in ötürülmə yolları.
o HİV/AİDS özünü necə biruzə verir?
o HİV/AİDS-in törətdiyi fəsadlar.
o HİV/AİDS-dən necə qorunmaq olar?

Qeyd etmək lazımdır ki, keçirilən 19 məlumat saatlarında 2300 nəfərə yaxın məhkum iştirak etmişdir. İştirak edən məhkumların hər birinə ACİ-YF tərəfindən təqdim edilmiş bukletlər paylanılmış, məlumat saatlarında fəal iştirak edənlərə isə hədiyyə olaraq maykalar verilmişdir. CM-lərin klublarının və TSH-lərin divarlarına plakatlar yapışdırılmışdır.
Həyata keçirilən tədbirlər məhkumlar tərəfindən razılıqla qarşılanmışdır. Bir çox məlumat saatlarında məhkumlar gələcəkdə CM-lərdə həyata keçiriləcək «Zərərin azaldılması» proqramlarında yaxından iştirak etmək arzusunda olduqlarını mütəxəssizlərimizə bildirmişlər.

“Gənclər İnkişaf Naminə”
İctimai Birliyinin Mətbuat Xidməti

  QALLEREYA
WOweb.ru - Scripts - JavaScript - Fading Slide Show
BİZ KİMİK

“Gənclər İnkişaf Naminə” İctimai Birliyi 2004-cü ildə bir qrup fəal gənc tərəfindən təsis edilmiş və 2006-cı il 30 iyun tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən Dövlət Qeyydiyatına alınmışdır..

ELANLAR

Ukrayna, Moldova və Cənubi Qafqazda Mülki Cəmiyyətdə Liderlik Şəbəkəsini qurmaq və inkişaf etdirmək

Məqsəd:
Ukrayna, Moldova və Cənubi Qafqazda mülki cəmiyyətin gücləndirilməsi və mülki cəmiyyətin ölkələrində və regionda siyasi, iqtisadi, mədəni və s. problemlərin h
əllinə cəlb edilməsi.

Mülkü Cəmiyyət Lider Şəbəkəsi -
İştiraka dəvət.

  ƏLAQƏ

Mirzə Fətəli Küçəsi 152,
AZ- 1000, Bakı, Azərbaycan.
Tel/Faks.: (+99412) 596-44-60
E-mail: yfd_gin@yahoo.com 
 office@yfd.az
rafik@yfd.az
anar@yfd.az

Penitensiar sektorunda keçirilən layihəyə dair hesabat

 

 

 
 
 
 
 
 
 
 
 
 
 
 

 

 

 
Locations of visitors to this page
 
 

Copyright © 2007. “Gənclər İnkişaf Naminə”  - Bütün hüquqlar qorunur
Cmedia Design Group tərəfindən dizayn edilib