|
Bizim
haqqımızda
“Gənclər İnkişaf
Naminə” İctimai Birliyi 2004-cü
ildə bir qrup fəal gənc tərəfindən təsis edilmiş və 2006-cı il
30 iyun tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi
tərəfindən Dövlət Qeydiyyatına alınmışdır.
Missiya:
Azərbaycan gənciliyinin
inkişafını dəstəkləmək və bacarıqlarını artırmaq
Missiyamıza nail olmaq üçün
məqsəd və vəzifələrimiz:
1.
Milli və yerli səviyyələrdə gənclər siyasətinin
formalaşmasına və inkişafına töhfə vermək və yerlərdə gənclərin
aktivləşdirilməsini dəstəkləyən layihələrinin icrasında
hökumətlə əməkdaşlıq etmək;
2.
Gəncləri qeyri-formal təhsilə cəlb etmək və geniş
maarifləndirmə işini aparmaq;
3.
Vətəndaş cəmiyyətində gənclərin iştirakını artırmaq,
qərarların qəbulunda və yerinə yetirmə prosesində aktiv iştiraka
cəlb etmək;
4.
Beynəlxalq və Regional
təşəbbüslərdə aktiv iştirak etmək;
Biz bizim missiyamıza nail
olmaq üçün nə edirik?
1 Müxtəlif
proqramların icrası zamanı hökumət, özəl sector və digər maraqlı
tərəflərlə six əməkdaşlıq
2 Gənclər
Təşkilatlarının QHT idarəçiliyi, xüsusilə ictimai maraqların
müdafiəsi və lobbiçilik və liderliklik məsələlərinə dair bilik
və bacarıqlarınin artırılması
3 Ölkədə gənclərin
inkiçafı üçün müxtəlf fəaliyyətlər – təlimlər, konfranslar,
dəyirmi masalar, debatlar, fakir mübadilələri, tədqiqat
səfərlərinin təşkili
4. Gənclərə iş imkanları
ilə bağlı informasiyasının verilməsi və onların
maarifləndirilməsi
5. Gənclər işi və
davamlı inkişafla bağlı müxtəlif layihələrin həyata kecirilməsi.
6. Gənclərin arasında
konstruktiv əməkdaşlığı dəstəkləyən şəbəkələrin və
koalisiyaların yaradılması
7.
Cənubi Qafqazda gənclər sahəsində təcrübə
mübadiləsi üçün regional gənclərin şəbəkələrərinin inkişafı
üçün strategiyanın dəstəklənməsi;
8. Gənclər Sahəsində
geniş təcrübəyə malik beynəlxalq və regional təşkilatlarla
əməkdaşlıq qurmaq.
|